• $
  • €
  • ₽
  • ₺
  • £

Binəli Yıldırım: Türkiyənin bölünmə riski var

Binəli Yıldırım: Türkiyənin bölünmə riski var
30.10.2016 20:31
Türkiyənin baş naziri Binəli Yıldırım prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riskinin olduğunu bəyan edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının Məclisində çıxışı zamanı B.Yıldırım deyib ki, Türkiyədə prezident üsul-idarəsində ölkənin unitarlığı qorunacaq.
 
Baş nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiq olunmasından sonra ölkənin bölünəcəyi ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb:

"Heç bir belə yalan bəyanatlar verməsin. Əslində prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var. Mən bunu açıq-aşkar bəyan edirəm. Prezident üsul-idarəsinə keçilməsi ölkənin federallaşması demək deyil. Unitar dövlətlərdə də prezident üsul-idarəsi var”.
 
Qeyd edək ki, APK yaxın 10 gün ərzində Türkiyədə prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyaya dəyişikliklər barədə layihəni parlamentə təqdim edəcək. 

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu dəfələrlə prezident üsul-idarəsinin tətbiq edilməsindən sonra Türkiyənin bölünəcəyi ilə bağlı bəyanatlar səsləndirib. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol