Gürcüstan da silkələndi

Bu gün Şərqi Gürcüstanda zəlzələ qeydə alınıb.
APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, zəlzələ barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat verib.
Zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Şərqi Gürcüstanın Kaxeti bölgəsinin Kvareli şəhərindən 16 km şərqə, Saruso kəndindən 11 kilometr uzaqlıqda, 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























