• $
  • €
  • ₽
  • ₺
  • £

Canlı orqanizmlərlə qidalanan robot yaradılıb

Canlı orqanizmlərlə qidalanan robot yaradılıb
31.10.2016 20:57
Bristol Universitetinin mütəxəssisləri Bristol Robotexnika Laboratoriyası və Kembric Universitetindən olan əməkdaşları ilə birlikdə canlı orqanizmlərlə qidalanan robotu təqdim ediblər.
 
Yumşaq robot bir növ həzm sisteminə sahibdir. Yəni, robot polimer membran materialdan hazırlanmış ağız, qidanı həzm edən mədə və qalıqları ifraz edən bağırsaq ilə təchiz olunub. Bir çox su heyvanları kimi sözügedən robot da daxilində mikroorqanizmlər olan mayeni qəbul edərək onu filtrdən keçirdir. Daha sonra mikroorqanizmlər mədədə həzm olunurlar.
 
Həmin mədə öz növbəsində mikroorqanizmləri həzm edən mikroblardan ibarətdir. Son mərhələdə isə emal olunmuş material robotun arxa hissəsində yerləşmiş çıxışdan ifraz olunur. Alimlər bildiriblər ki, robot hələki mikroorqanizmlərdən az miqdarda enerji alır. Lakin buna baxmayaraq onlar robotun faydalı iş əmsalının artmasına köməklik edirlər. Bərk materialların yerinə polimerdən istifadə etmək robotun enerji tələbatını aşağı salıb. Bundan əlavə olaraq onun mədəsindəki mikrobların sayını artırmaqla alimlər rotobun effektivliyini artırıblar.
 
Sözügedən robotu radiasiya ilə çirklənmiş su hövzələrində istifadə etmək planlaşdırılır. O, uzun müddət insanın iştirakı olmadan enerji yığmaqla çalışa bilər. Bu isə böyük ərazilərin təmizlənməsi deməkdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol