• $
  • €
  • ₽
  • ₺
  • £

Ağ Ev müsəlmanlarla bağlı çağırış etdi

Ağ Ev müsəlmanlarla bağlı çağırış etdi
30.11.2016 10:21
Ağ Ev yalnız müsəlman olduqlarına görə insanların terrorçu olmasından ehtiyatlanmamağa çağırıb.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

"Əgər biz konkret dinə etiqad edən insanlara dair şübhələri artırsaq, hücumların çoxalmasına kömək etmiş olarıq”, - deyə Ernest bildirib.   
 
Qeyd edək ki, İŞİD terror qruplaşması ABŞ-ın Ohayo ştatında noyabrın 28-də universitetə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
 
APA-nın bundan əvvəl verdiyi xəbərə görə,  terrorçu qruplaşma ilə əlaqəli "Amaq” saytı hücum edən Əbdül Razak Əli Artanın İŞİD-in "əsgəri” olduğunu qeyd edib.
 
Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında adıçəkilən 20 yaşlı  şəxs idarə etdiyi avtomobili universitetin ərazisində piyadaların üstünə sürüb, sonra isə, maşından düşərək bıçaqla  tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb.    
 
Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv edib.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol