• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada yeni virus təhlükəsi

Dünyada yeni virus təhlükəsi
30.11.2016 23:16
Bütün dünyada sürətlə yayılan "quş qripi” təhlükəsi İranda 500 mindən çox toyuğun məhv edilməsinə səbəb olub.

ANN.Az Publika.az-a istinadən xəbər verir ki, İran Baytarlıq İdarəsi Tehranın Melard bölgəsində 4 fermada "quş qripi”nin olduğunu bildirib.

İdarənin rəisi Mehdi Xalac bu vaxta qədər H5N8 virusuna yoluxan 513 mindən çox toyuğun məhv edildiyini açıqlayıb. Artıq bu ölkədə toyuqların bir yerdən başqa yerə daşınmağı qadağan edilib.

Bu il yayın sonlarında Rusiyada aşkarlanan "quş qripi” son olaraq Yaponiyada da qeydə alınıb. Yaponiya Səhiyyə Nazirliyinin rəsmiləri artıq virusun 40 toyuğun öldürdüyünü, 310 minin isə tələf ediləcəyini açıqlayıb.Təkcə toyuqlar deyil, ördəklər də virusa yoluxub. Virus səbəbindən 165 min baş ördək tələf ediləcək. Artıq fermalarda virusa qarşı dezinfeksiya işlərinə başlanılıb.

Virus Fransada da yayılıb. Bu ölkənin Səhiyyə Nazirliyi də virusu gözardı edə bilməyəcəklərini deyib.

Rusiyadan Avropaya yayılan "quş qripi”nə Almaniya, Hollandiya, Danimarka, Avstraliya, İsveçrə, İsveç və Macarıstanda da rast gəlinib. Artıq İsraildə də virus aşkarlanıb.

Noyabrın 22-dən İrandan Azərbaycana quş əti idxalına qadağa qoyulub.

Qeyd edək ki, 2003-2007-ci illərdə "quş qripi” 167 nəfərin ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus yabanı quşları qanadları ilə yerli qanadlılara yoluxdurur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol