• $
  • €
  • ₽
  • ₺
  • £

“IBM Watson” superkompüterinin intellekti “ağıllı” avtomobilləri idarə edəcək

“IBM Watson” superkompüterinin intellekti “ağıllı” avtomobilləri idarə edəcək
27.12.2016 22:45
"IBM” şirkətinin mütəxəssisləri "BMW” şirkətindən olan həmkarları ilə birgə hərəkət təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə "Watson” adlı süni intellektin avtomobillərə tətbiqi üzərində işləyirlər.

"ICTnews” Elektron Xəbər Xidməti "hi-news.ru” saytına istinadən yazır ki, "BMW i8” adlı avtomobildə "IBM Watson” süni intellektinə əsaslanan alqoritmdən istifadə ediləcək. Bu alqoritm daima ətraf mühitin dəyişikliklərinə və yoldakı vəziyyətlərə uyğunlaşacaq, həmçinin öz sürücüsünün vərdişlərini öyrənəcək.

Press-relizə əsasən, "Watson superkompüterinin imkanları sürücüyə öz avtomobili ilə təbii dildə ünsiyyət saxlamağa imkan verəcək. Bu, sürücüyə müəyyən qaydalara əsaslanan ifadələrə vaxt sərf etməyərək diqqəti daha çox yola və avtomobilin idarəetməsinə yönəltməyə imkan verəcək. Həmçinin "Weather Company”dən meteoroloji məlumatlar, seçilmiş hərəkət marşrutunda yol vəziyyəti, hərəkət rejimi və nəqliyyat vasitəsinin statusu haqda məlumatlar avtomobilin idarəetmə sisteminə ötürüləcək. Bu məlumatlar sayəsində sistem sürücülük rejimi, hərəkət marşrutu haqda tövsiyələr verəcək".

Superkompüterin alqoritmlərinin avtomobildə daha çox köməkçi funksiya kimi istifadə olunacağına baxmayaraq, istehsalçılar gələcək avtomobillərin tamamilə avtonom nəqliyyat vasitəsi ola biləcəyini istisna etmir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol