• $
  • €
  • ₽
  • ₺
  • £

“Chrome” brauzerlər bazarında mövqeyini möhkəmləndirir

“Chrome” brauzerlər bazarında mövqeyini möhkəmləndirir
27.12.2016 21:56
"Chrome” qlobal brauzerlər bazarında mövqeyini möhkəmləndirməyə davam edir, "Internet Explorer” isə əvvəlki kimi sürətlə populyarlığını itirir.
 
40 mindən çox  veb saytda 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən "NetMarketShare” xidmətinin statistikası buna sübutdur.

"ICTnews” Elektron Xəbər Xidməti "dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, 2016-cı ilin noyabrında fərdi kompüter istifadəçilərinin 55.83%-i "Chrome” brauzerinə üstünlük verib. Cari ilin oktyabrında bu göstərici 55% olub. "Internet Explorer” brauzerinin payı bir ayda 23.13-dən 21.66%-dək azalıb, "Firefox” brauzerinin payı isə 11.14%-dən 11.91%-dək yüksəlib.

"Chrome” brauzeri 2016-cı ilin aprelində populyarlığına görə "Internet Explorer” brauzerini geridə qoyub. Bu, həm də onunla bağlıdır ki, "Microsoft” korporasiyası cari ilin əvvəlində "Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa digər versiyalarının dəstəyini dayandırıb. Həmin vaxtdan etibarən "Internet Explorer 10” və köhnə versiyalar üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək dayandırılıb.

İndi ABŞ korporasiyası "Edge” brauzerini təşviq edir. Ancaq 2016-cı ilin noyabrında sözügedən brauzerin payı 5.21% təşkil edib.

"StatCounter” xidmətinin statistikasına əsasən, "Chrome” kompüterlər üçün brauzerlər bazarının lideridir, 2016-cı ilin noyabrında payı 63.09%-ə yaxınlaşıb. "Firefox” (14.89%) brauzeri ikinci yerdə, "Internet Explorer” (9.66%) isə üçüncü yerdə qərarlaşıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol