• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağıllı” eynək beyin impulslarını hesablayacaq

“Ağıllı” eynək beyin impulslarını hesablayacaq
27.12.2016 23:45
"Dior”, "Fendi” və "Hugo Boss” kimi məşhur brendlər üçün çərçivələr yaradan "Safilo Group SpA” şirkəti özünü "ağıllı” eynəklər seqmentində sınamaq qərarına gəlib. 

Belə ki, İtaliya şirkəti növbəti ay internetə qoşulan eynək təqdim etməyə hazırlaşır. Klassik eynək görkəmində olacaq "Safilo” eynəkləri ötən il fəaliyyəti dayandırılan "Google Glass” layihəsindən fərqli olaraq kamera və displeylə təchiz edilməyəcək.  

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, yeni məhsul əvvəlcə məhdud funksiyalar dəstinə malik olacaq. Eynək beyin impulslarını qiymətləndirərək sonradan bu məlumatları smartfon və ya planşet proqramlarına göndərə biləcək. Əsas ideya insanlara əhval-ruhiyyəni izləməyə, rahatlanmanın və düşünməyin nə vaxt lazım olmasını bilməyə imkan verməkdən ibarətdir. Şirkətin baş icraçı direktoru Luiza Delqadonun sözlərinə görə, "ağıllı” eynəyə yeni funksiyalar sonradan əlavə ediləcək.

Məlumata görə, gündəlik istifadə üçün nəzərdə tutulan "Safilo” eynəklərinin növbəti ilin yazında şirkət üçün ən böyük bazar hesab edilən ABŞ-da internet vasitəsilə satışa çıxarılması planlaşdırılır. Dizayn, rənglər və qiymət barədə ətraflı məlumat yanvarda keçiriləcək "CES 2017” sərgisində təqdim ediləcək. Eynəklərin tam potensialının əvvəlcə gündən qorunma, daha sonra görməni korrektə edən eynəklərdə tətbiq ediləcəyi gözlənilir.

"Safilo Group SpA” eynək sənayesində "Luxottica” və "Essilor” şirkətlərindən sonra üçüncü istehsalçıdır. Yeni texnologiyaların ona bazarda rəqiblərini geridə qoymağa kömək edəcəyi ehtimal olunur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol