• $
  • €
  • ₽
  • ₺
  • £

2017-ci ildə dünyanı gözləyən əsas TƏHLÜKƏLƏR

2017-ci ildə dünyanı gözləyən əsas TƏHLÜKƏLƏR
28.12.2016 14:51
Bəşəriyyət 4 gündən sonra yeni 2017-ci ilə qədəm qoyacaq. 

Geridə qoyduğumuz 2016-cı ildə dünyanı narahat edən qlobal problemlər, xüsusən bütöv bir ölkəni viran halına salan Suriya vətəndaş müharibəsi öz həllini tapmadı.
 
Bu situasiyada bir çox analitik mərkəzlər və ekspertlər 2017-ci ildə dünyanı narahat edəcək qlobal problemlər barədə fikir mübadiləsi aparır və öz rəylərini bildirirlər.

Modern.az 2017-ci ildə dünyanı gözləyən əsas siyasi proseslər barədə məlumat verir.
 
Almaniya və Fransada seçkilər
Heç şübhəsiz ki, Avropa Birliyinin əsas lokomotivləri sayılan Fransa və Almaniya bu il özlərinə yeni rəhbər seçəcəklər. Belə ki, 2017-ci ilin mayında Fransada prezident, sentyabrda isə Almaniyada kansler seçkiləri keçiriləcək. Avropaya miqrant axını fonunda ultra-sağçı millətçilərin mövqelərini gücləndirdiyi dövrdə bu iki nəhəng ölkəyə kimin rəhbər seçiləcəyi şübhəsiz ki, böyük maraqla gözlənilir. Əgər populist görüşləri ilə seçilən millətçilər qalib gələrlərsə, onda "Brexit”-dən sonra şok keçirən Avropa Birliyi növbəti çətin sınaq qarşısında olacaq.
 
Donald Trampın xarici siyasəti
Hələn il yanvarın 20-də prezident səlahiyyətlərinə rəsmən başlayacaq Donald Tramp ABŞ-ın xarici siyasətində önəmli dəyişikliklər edəcəyini deyir. Heç bir siyasi təcrübəsi olmayan biznesmenin dünyanı narahat edən qlobal konfliklərdə - Ukrayna və Suriya münaqişlərində sərgiləyəcəyi mövqe böyük maraq doğurur.
 
Vladimir Putinin xarici siyasəti
Rusiya prezidenti "Forbes” jurnalı tərəfindən ardıcıl 3-cü dəfə "ilin adamı” seçilib. Ukrayna və Suriya münaqişələrində əsas oyunçuya çevrilən Moskva bu aktivliyinə görə ABŞ və Avropa Birliyinin sanksiyaları ilə üzləşib. 2017-ci ildə Putinin bu münaqişə bölgələrində hansı siyasət yürüdəcəyi böyük maraq doğurur.
 
Brexit
Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı keçirilən referendum 2016-cı ilin ən yadda qalan hadisələrindən biri oldu. London Brüsseldən ayrılma prosedurunu 2017-ci ilin sonlarıa qədər yekunlaşdırmağı planlaşdırsa da, hazırki situasiyada qeyri-müəyyənlik davam edir. Ekspertlərin fikrincə, ingilis funt-sterlinqi yalnız 2018-ci ildə dollara qarşı dəyər qazana biləcək. Brexit Britaniya iqtisadiyyatına 50 milyard funt sterlinqdən artıq zərər də vurub.
 
Miqrant böhranı
2017-ci ildə Avropa Birliyi hələ də miqrant böhranı ilə qarşı-qarşıya gələcək. Şimali Afrika və Yaxın Şərq ölkələrindən yaxşı həyat arxasınca Avropaya pənah gətirən miqrantların sayı Türkiyə ilə əldə olunmuş razılaşmadan sonra azalsa da, hazırda Aralıq dənizi boyunca dəniz yolu ilə gələnlərin sayında artım var. Suriya və Liviyadakı münaqişələrlə birbaşa bağlılığı olan miqrant böhranı 2017-ci ildə də Avropa gündəminin əsas müzakirə predmeti olacaq.
 
Suriya münaqişəsi
Hazırda yekdilliklə dünyanın 1 nömərli problemi kimi qəbul olan Suriya vətəndaş müharibəsi 2017-ci ildə əd dünyanın başını ağrıtmaqda davam edəcək. Əsas münaqişə tərəfləri (ABŞ, Avropa Birliyi, Əsəd rejimi, Rusiya, Türkiyə, İran) arasında yekun razılığın olmaması, suriyalıların qarşıdakı ildə də əziyyət və məhrumiyyətlərinin davam edəcəyindən xəbər verir.
 
İŞİD
Öz amansızlığı və nümayişkaranə qəddarlığı ilə "Əl Qaidə”ni kölgədə qoyan İŞİD dünyanın əsas qlobal təhlükələrindən biri olmaqda davam edir. 2016-cı ildə bır sıra ərazilərini itirsə də, Avropada törədilən silsilə terror aktları qruplaşmasının hələ də aktiv bazaya malik olmasından xəbər verir.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol