• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə XİN başçısı: "ABŞ-dan iki tələbimizin təmin olunmasını istəyirik"

Türkiyə XİN başçısı: "ABŞ-dan iki tələbimizin təmin olunmasını istəyirik"
09.01.2017 15:59
"ABŞ-ın əvvəllər etdiyi səhvləri bir daha təkrarlamayacağına inanırıq”.

"Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə səfirlərinin 9-cu konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə ABŞ strateji ortaqdır:
 
"NATO-da ortaqlığımız bu strateji müttəfiqliyi daha da gücləndirir. ABŞ-ın yeni hakimiyyəti ilə anlaşılsa, ikitərəfli əlaqələr qarşılıqlı mənfəətlər əsasında inkişaf edirilər. ABŞ hakimiyyətinin əvvəlki illərdəki səhvləri təkrarlamayacağına inanırıq. Bizim onlardan iki əsas gözləntimiz var: birincisi, Fətullahçı Terror Təşkilatının başçısının ölkəmizə təhvil verilməsidir. İkincisi isə terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "YPG” ilə əməkdaşlığı dayandırmasıdır. Bu iki haqlı gözləntilərimizin təmin edilməsi Türkiyə-ABŞ əlaqələrinin gələcəyi baxımından çox əhəmiyyətlidir. Türkiyə ilə ABŞ bir çox bölgələrdə müsbət təsir göstərə biləcək gücə və imkanlara malikdir. Biz bu əməkdaşlığın qorunmasının vacibliyinə inanırıq”.

Qeyd edək ki, Ankarada yanvarın 8-14-də Türkiyə səfirlərinin 9-cu konfransı keçirilir. Konfransın mövzusu belədir:
 
"2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər”. Konfrans çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşlər keçiriləcək, onlardan xarici siyasətə dair təlimat alınacaq. Eyni zamanda, tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə ediləcək başlıca mövzulardandır.

Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol