• $
  • €
  • ₽
  • ₺
  • £

Hakerlər “Gmail” istifadəçilərinə hücum edirlər

Hakerlər “Gmail” istifadəçilərinə hücum edirlər
19.01.2017 23:59
"Wordfence" şirkətinin qurucusu Mark Maunder "Gmail" elektron poçt qutusunun istifadəçilərinə qarşı hakerlər tərəfindən tətbiq edilən yeni sxem haqda məlumat paylaşıb. Hətta təcrübəli istifadəçilər göndərilmiş məktubda zərərverici istinad üzrə keçid edə bilərlər.

Spam mesajlar fişinq (istifadəçinin fərdi məlumatlarını ələ keçirmək) məqsədi ilə göndərilir. Məktubda yerləşdirilmiş istinadlar, guya ki, "Gmail" elektron poçt qutusuna ünvanlanıb. Bu istinadlar "PDF" sənədləri kimi  maskalanıb. Qeyd edək ki, əsl "Gmail" "PDF" sənədlərə baxmağa imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "Gmail" poçtunun dizaynını təqlid edən səhifədə istifadəçiyə öz məlumatlarını (loqin və şifrə) daxil etmək təklif edilir. Ünvan sətri "data:text/html, accounts/google.com" ilə başlayır. Bir çox istifadəçilər düşünürlər ki, "PDF" sənədlərə baxış səhifəsinin ünvanı məhz belə olmalıdır, qeydiyyat məlumatlarını təkrar daxil etmək isə proqram nasazlığıdır. Əslində bu səhifənin "Gmail"ə heç bir aidiyyəti yoxdur.

Elektron poçtun loqin və parolunu daxil etdikdən sonra bu məlumatlar hakerlərin əlinə düşür. Bundan sonra onlar bu elektron poçt ünvanı ilə əlaqəli başqa hesablar üzərində nəzarəti ələ keçirə və eyni sxem üzrə qurbanın kontakt siyahısındakı istifadəçilərə hücum edə bilərlər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol