• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ prezidenti: “İran dünyada bir nömrəli terrorçu dövlətdir”

ABŞ prezidenti: “İran dünyada bir nömrəli terrorçu dövlətdir”
06.02.2017 10:00
İran dünyada bir nömrəli terrorçu dövlətdir, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News” telekanalına müsahibəsində deyib.
 
"İran dünyada bir nömrəli terrorçu dövlətdir. Bu ölkə ABŞ-a qətiyyən hörmət etmir. Eyni zamanda, İran silahlanmaya külli miqdarda pul xərcləyir”, deyə D.Tramp bildirib. O, həmçinin İrana qarşı tətbiq edilən sanksiyların bundan sonra gücləndiriləcəyinə söz verib.
 
Bundan əvvəl D.Tramp özünün "Tvitter” hesabında İranın ünvanına sərt ifadələr işlədib. "İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!", Tramp yazıb.
 
Fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Rəsmi Vaşinqton sanksiyaların tətbiqini İranın ballistik raket proqramı və "Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlayır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol