• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən qonaqpərvər ölkələri – SİYAHI

Dünyanın ən qonaqpərvər ölkələri – SİYAHI
29.05.2020 11:41
"InterNations” şəbəkəsi hansı ölkələrdə cəmiyyətə uyğunlaşmanın daha asan və rahat olduğunu araşdırıb. 

Bunun üçün 191 xarici ölkədə yaşayan 14000 nəfərdən çox əcnəbi ilə sorğu keçirilib. 

Sorğunun əsas aspektləri xaricdə yaşamağın üstünlükləri və yerli əhali ilə ünsiyyət və dostluq münasibətləri qurmaq olub.

ANN.Az Fins.az-a istinadən "InterNations” sorğusunun nəticələrini təqdim edir.

Uqanda

Bu Şərqi Afrika ölkəsi əhalisinin dostcanlı olmasına görə ən yüksək qiymət qazanıb. Hesabata görə, Uqandada yaşayan xaricilərin 57%-i ölkəni "ümumi səmimiyyət” faktoruna görə mümkün ən yüksək balla qiymətləndiriblər. Bundan əlavə, iştirakçıların heç biri bu faktor üçün mənfi qiymət verməyiblər.

Ölkə həm də ərzaq və iş imkanları baxımından əlverişlidir – buna görə də, rezidentlər burada yüksək yaşayış səviyyəsini asanlıqla qazana bilərlər.

Kosta Rika

Bu Mərkəzi Amerika ölkəsində xaricilərin uyğunlaşma səviyyəsi digər faktorların hamısını arxada qoyur. Demək olar ki, 10 rezidentdən 9-u əhalinin səmimiyyət səviyyəsindən razı olduğunu, 8-i isə özünü vətənində hiss etdiyini bildirib. 

Bəziləri bu məmnunluq səviyyəsini sosialist dövlətin yaratdığı sosial bərabərliklə əlaqələndirir, digərləri isə bunun əhalinin xüsusi qonaqpərvərliyinin nəticəsi olduğuna inanır.

Son illərdə Kosta Rikada yaşayış minimumu 10% artıb, hətta bəzi yerlərdə bir fincan qəhvə içməyin qiyməti Londonun mərkəzindəki qiymətlərlə eyni ola bilər. Lakin çox yerdə orta qiymətlərlə yemək və alış-veriş etmək olar.

Kolumbiya

Turistlərin sözlərinə görə, bu Cənubi Amerika ölkəsində xaricilər özlərini qısa zamanda evlərindəki kimi hiss edirlər. Kolumbiyalılar öz ölkələrini və xalqını müsbət şəkildə tanıtmağa can atırlar və onlar hər zaman xaricilərə qarşı qonaqpərvərdirlər. 

Bəzi rezidentlərin fikrincə, Kolumbiyada yaşayan xaricilərin çox olmaması yerli əhalinin onları turist kimi görməsinə səbəb olur. Kənd təsərrüfatı ölkəsi olduğundan, sağlam həyat tərzinə önəm verənlər Kolumbiyada il boyu təravətli meyvə və tərəvəzləri ucuz qiymətə asanlıqla əldə edə bilərlər.

İqtisadi vəziyyətə gəldikdə, Kolumbiyada əcnəbilərin yüksək maaşlı iş tapması heç də çətin deyil. Belə ki, Kolumbiyada yaşayan çox rezident ailənin xidmətçi, sürücü və dayə tutmaq üçün kifayət qədər gəliri var.

Oman

Dünyanın ən günəşli ölkələrindən biri kimi Omanın əhalisi də xaricdən gələnlərə qarşı iqlimi kimi isti münasibət göstərə bilən xalqdır. Ölkənin qonaqpərvər mədəniyyəti rezidentlərə xoş ab-hava yaşadır.

Omanda yaşayan xaricilərin danışdıqlarına görə, sakinlər ehtiyacı olanlara asanlıqla kömək edir, hətta heç tanımadıqları xariciləri evlərinə aparıb kofe, xurma və ya meyvəyə qonaq edirlər.

Son illərdə ölkədə yaşayış minimumu artsa da, Oman Orta Şərqdə qiymətlərə görə ən uyğun ölkələrdən biri seçilib. 

Filippin

Bir çox beynəlxalq şirkətlərin bu ölkədə ofis açması ölkədə yaşayan xaricilərin sayını artırmağa başladı. İndi 159 ölkənin vətəndaşları Filippinə vizasız giriş edə bilir. Burada yaşayan xaricilər yerli əhali haqqında danışdıqda onların çox gülərüz, ünsiyyətcil və yardımsevər olduqlarını bildirirlər.

Bundan başqa, filippinlilərin yüksək əyləncə mədəniyyətləri əcnəbilərin bu ölkədə yeni dostlar tapması imkanlarını artırır. 

Qiymətlərə gəlincə, ortabüdcəli rezidentlər üçün Filippin çox əlverişli sayıla bilər. Həmçinin lüks yaşamağı sevənlər üçün də burada kifayət qədər şərait var.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol