• $
  • €
  • ₽
  • ₺
  • £

Dağıstanda etiraz edən sürücülər mühasirəyə alındı – VİDEO

Dağıstanda etiraz edən sürücülər mühasirəyə alındı – VİDEO
01.04.2017 14:40
Dağıstanın Manas qəsəbəsi yaxınlığında "Platon” sisteminə qarşı etiraz edən sürücülərin genişmiqyaslı tətili keçirilir. Polislər və ordu hissələri aksiyada iştirak edən sürücüləri mühasirəyə alıblar. Manas-Mahaçqala avtomobil yolu güc strukturları tərəfindən bağlanıb.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daşıyıcılar Birliyinin üzvləri məlumat veriblər. 

Onların sözlərinə görə, polislər etiraz edənləri mühasirəyə alıblar, sürücülərin mobil rabitəsi bloklanıb.

"Kavkazskiy uzel” aksiya iştirakçılarına istinadən yazır ki, bu gün onlar tərəfindən Mahaçqalaya qədər planlaşdırılmış avtomobil yürüşü təhdidə məruz qalıb.

"Exo Moskvı vı Peterburqe” radiostansiyasının jurnalisti Arseni Vesnin öz "YouTube” kanalında polislərin sürücüləri necə əhatəyə almasını əks etdirən videogörüntü paylaşıb.

Daşıyıcıların Peterburqdakı koordinatoru Anatoli Şilov bildirib ki, qoşunlar etiraz edənləri yol boyunca düzülmüş texnika ilə mühasirəyə alıblar. Hərbçilər artıq bir neçə saatdır ki, əraziyə heç kimi buraxmırlar.

"Həmin ərazidə hüquq-mühafizə orqanlarının təxminən 200 əməkdaşı, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri var. Bizim yolumuzu kəsiblər və təxminən dörd saata yaxındır ki, burada hərəkətsiz qalmışıq. Hərbi qüvvələr qalxanlarla silahlanıb və maskalıdırlar”, - deyə fəallardan biri bildirib.

Qeyd edək ki, Rusiya ərazisində "Platon” sistemi tətbiq olunmağa başlayıb. Sürücülər də bu sistemə etiraz edirlər. "Platon” sistemi ilə maksimum kütləsi 12 tondan çox olan yük maşınlarından ödənişlər alınması nəzərdə tutulur.

Onu da xatırladaq ki, daha əvvəl Azərbaycandan onlarla sürücü tətil edənlərin hücumuna məruz qalmışdılar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol