• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistanda uşaqlar diri-diri torpağa basdırılmış körpə tapıblar - VİDEO

Hindistanda uşaqlar diri-diri torpağa basdırılmış körpə tapıblar - VİDEO
01.04.2017 12:55
Hindistanın Odişa ştatında dəhşətli hadisə baş verib. Bir qrup uşaq kiçik torpaq təpəciyindən insan ayaqlarının çölə çıxdığını görüblər və dərhal əraziyə böyükləri çağırıblar.

ANN-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, əraziyə gələn şəxslər kompost gübrəsinin qalağı altında basdırılmış körpə aşkar ediblər. Beləliklə uşaqların sayıqlığı nəticəsində diri halda torpağa basdırılmış körpə xilas edilib.

Bildirilib ki, körpə göy əskiyə bükülmüş halda basdırılıb, üzü və ağzı isə səsinin boğulması üçün parça ilə bağlanıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları körpə qızı təcili şəkildə xəstəxanaya çatdırıblar. Onun cəmi bir neçə saat əvvəl dünyaya gəldiyi məlum olub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Faktla bağlı polis tərəfindən araşdırma başlanılıb. Körpənin valideynlərinin şəxsiyyəti aydınlaşdırılır.

Bildirək ki, bu cür hallara Hindistanda heç də az təsadüf edilmir. Kasıb ailələrdə qızın dünyaya gəlməsi xoşbəxtlik əlaməti hesab olunmur.

Belə ki, kasıb ailələr qızlarını ərə vermək üçün cehiz yığmaq məcburiyyətilə üzləşirlər ki, bir çoxlarının da bunu təmin etməyə imkanı çatmır. Qeyri-rəsmi məlumatlara əsasən, ölkədə qanunsuz abortlar son bir ildə bir neçə milyon qızın həyatına son qoyub. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol