• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: “Türkiyə ABŞ-ı dəstəkləməyə hazırdır”

Ərdoğan: “Türkiyə ABŞ-ı  dəstəkləməyə hazırdır”
07.04.2017 09:19
Ankara ABŞ-ın Suriyada mümkün hərbi əməliyyatını dəstəkləməyə hazırdır. APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Kanal 7” telekanalının efirində deyib.
 
Qeyd edək ki, CNN telekanalının məlumatına əsasən, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriyaya qarşı hərbi tədbirlərin görülməsi məsələsini nəzərdən keçirdiyini bildirib.  
 
"Bu bəyanat gərək söz olaraq qalmasın. Əgər hərəkətə keçiləcəksə, biz də üzərimizə düşən borcu yerinə yetirəcəyik. Biz heç kəsdən çəkinmirik. Koalisiya qüvvələri ilə oturub bölgədəki virusu aşkarlamaq istəyirik. Ondan sonra bərabər hərəkət edərik", - deyə Ərdoğan qeyd edib.
 
Ərdoğan İdlibdə kimyəvi silahdan istifadə edilməsi məsələsini Rusiya prezidenti ilə müzakirə etdiyini, lakin qarşı tərəfdən konkret cavab almadığını bildirib: "Hörmətli Putin iki gündür bu işin arxasında Əsədin olduğunu anlamır və bu, çox üzücüdür".
 
Xatırladaq ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib.  SMİQMK  kimyəvi silahdan istifadə etməkdə Suriya ordusunu ittiham edib. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları və onların havadarlarını kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.   
 
Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyi bildirilib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib əyalətinin Xan-Şeyhun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara  məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.
 
Suriya XİN rəhbəri Valid Müəllem silahlı qüvvələrin heç vaxt dinc sakin və terrorçulara qarşı kimyəvi silahdan istifadə etməyib və istifadə etmək niyyətində deyil.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol