• $
  • €
  • ₽
  • ₺
  • £

Həsən Ruhanidən xəbərdarlıq

Həsən Ruhanidən xəbərdarlıq
11.04.2017 10:00
İran prezidenti Həsən Ruhani Tehranda mətbuat konfransı keçirilib.
 
APA-nın mətbuat konfransında iştirak edən müxbirinin məlumatına görə, H. Ruhani ölkədə iş şəraitinin, aztəminatlı ailələrin vəziyyətinin və səhiyyə xidmətlərinin yaxşılaşdığını deyib. O bildirib ki, ötən 4 il ərzində aztəminatlı ailələrin gəliri 2-3 dəfə artıb.
 
H. Ruhani qarşıdan iki böyük seçkilərin gəldiyini xatırladıb: "Seçkilər bizlərin bir-birimizə yaxınlaşmağımız üçündür. Partiyaların bir-birinə yaxınlaşması,  cinahlar və cəbhələrin bir-birinə yaxınlaşması üçündür. Xalqa dəqiq söz deməliyik. Yalan deyilməməlidir. Xalqa yalan statistika deyilməməlidir.  Xüsusilə xalqın ümidsizliyi və təəssüf hissini oyadacaq yalanlardan çəkinilməlidir”.
 
H. Ruhani prezident seçkilərində iştirakı haqda qəti söz deməyib: "Bu sualın cavabı üçün bir neçə gün səbr etməlisiniz. Sabahdan namizədlərin  qeydiyyatı başlayacaq. Beş gün ərzində namizədlər qeydiyyatdan keçəcək.  Əgər beş gün səbr etsəniz, biləcəksiniz ki, kimlər öz namizədliyini irəli sürüb. Mənim ürəyim istəyir ki, seçkilər həyəcanlı və xalqın mütləq əksəriyyətinin iştirakı ilə keçirilsin. Məsuliyyəti qəbul etmək üçün hər kim gələcəksə, ona uğurlar diləyirik”.
 
Beynəlxalq məsələlərə toxunan H. Ruhani İranın nüvə anlaşmasına sadiq olduğunu söyləyib: "Bu gün nüvə sahəsində digər ölkələrlə yaxşı əməkdaşlığımız var. Dünya ilə əməkdaşlıq edirik və bu, bizim üçün dəyərlidir. Qarşı tərəf nüvə anlaşmasını pozmaq istəsə, peşman olacaq”.
 
Prezident İranın qonşu ölkələrlə diplomatik əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb: "Çalışmışıq ki, qonşu ölkələrlə əlaqələrimizi daha da yaxşılaşdıraq”.  
 
Səudiyyə Ərəbistanı ilə münasibətlərə dair mövqeyini açıqlayan İran dövlət başçısı qeyd edib ki, bu ölkənin İranla davranışı yanlış olub: "Biz  düşünürük ki, bu səhv davranışın kökündə Yəməndə və Suriyada uğradığı məğlubiyyətlər dayanır. Ümid edirik ki, cari ildə zəvvarlarımızın Allah evinin ziyarətinə getməsi ilə bağlı məsələlər yaxşılaşacaq. Səudiyyə Ərəbistanı Yəmənə və Suriyaya müdaxilə etməkdən əl çəkməlidir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol