• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə 1 May aksiyalarında toqquşmalar olub

Türkiyədə 1 May aksiyalarında toqquşmalar olub
01.05.2017 20:40
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu il İstanbulda əmək gününün qeyd edilməsi üçün Bakırköy Xalq Bazarı meydanı ayrılıb.
 
Bayram aksiyasında iştirak edəcək insanlar İncirli prospekti ilə Bakırköy Xalq Bazarı meydanına hərəkət edirlər. Aksiyaçılar meydana buraxılmazdan əvvəl 3 dəfə yoxlamadan keçir. Meydana gələn qruplar arasında "Beşiktaş” klubunun tərəfdar qrupu "Çarşı” və "Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri də var. "Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri sinələrinə Gəzi parkı olaylarında həyatını itirən Berkin Elvan və Ali İsmayıl Korkmazın fotoşəkillərini vurublar.
 
Ənənəvi olaraq, hər il müxtəlif qrupların Əmək və Həmrəylik gününü qeyd etməyə çalışdığı Taksim meydanına gələn yollar isə yerli vaxtla saat 05.00 radələrindən bağlanıb, meydan təzyiqli su maşınları və polis koridoru ilə əhatəyə alınıb. Ancaq Talimhane, Beşiktaş və Şişlidən Taksim meydanına daxil olmağa cəhd göstərən qruplar olub. Polis həmin qruplara müdaxilə edib, çoxlu sayda şəxs saxlanılıb. Bakırköydə qarşıdurma zamanı isə polis havaya atəş açıb.
 
"Reuters" artıq 200-dən çox şəxsin nəfərin saxlandığı, aksiya iştirakçılarından 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 fişəng aşkarlandığı barədə məlumat yayıb.
 
Qeyd edək ki, hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol