• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub
03.05.2017 09:59
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  prezidentlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın addımlarının əlaqələndirilməsinin perspektivlərini müzakirə ediblər. Tərəflər həmçinin Koreya yarımadasında yaranmış vəziyyəti ətraflı müzakirə ediblər.   Məlumata görə, Putin təmkinlik nümayiş etdirməyə və gərginliyin səviyyəsini azaltmağa çağırıb.
 
Putin və Tramp telefon əlaqəsini davam etdirməyə və Hamburqda "G-20” sammitində görüşün keçirilməsinə dair razılığa gəliblər. Liderlər həmçinin Suriya münaqişəsinin həll variantlarının axtarışı üzrə xarici siyasət qurumlarının rəhbərləri arasında dialoqun  aktivləşdirilməsinə dair razılığa gəliblər.  
 
Qeyd edək ki bu, Putin və Tramp arasında sayca üçüncü telefon danışığıdır.    
 
İlk telefon danışığı yanvarın sonunda baş tutmuşdu. O zaman prezidentlər terrorla mübarizəni, Suriya və Ukraynada vəziyyəti, habelə ikitərəfli əlaqələrin əsas məsələlərini müzakirə ediblər. Aprelin əvvəlində baş tutan danışıq zamanı Tramp Sankt Peterburq metrosundakı terror aktı ilə bağlı Putinə başsağlığı verib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol