• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Şurasının soyqırımla bağlı çağırışı

Avropa Şurasının soyqırımla bağlı çağırışı
16.05.2017 20:00
Serbiya 1995-ci ildə Srebrenitsada müsəlmanların kütləvi qətliamını etiraf etməkdən boyun qaçırır. 

Anews.az dw.com-a istinadən xəbər verir ki, AŞ rəsmi Belqradın 1995-ci il hadisələri ilə bağlı üzr istəməsini yetərli hesab etmir.

AŞ-nın İrqçilik və dözümsüzlüklə mübarizə komissiyasının bəyanatında bildirilir ki, beynəlxalq məhkəmələrin Srebrenitsa hadisələrini soyqırımı kimi qiymətləndirməsinə rəğmən Serbiya parlamenti və prezident indiyədək 1995-ci ildə baş verənləri rəsmi olaraq soyqırımı kimi tanımayıb.

1995-ci ilin iyul ayında Bosniyada gedən müharibənin sonuna bir neçə ay qalmış bosniya-serb birləşmələri 8000-dək müsəlmanı oğurlayaraq qətlə yetirib. Bu qətliam İkinci Dünya müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli cinayət hesab edilir.

AŞ-nın komissiyası bəyanatında irqçilik zəmində soyqırımı və digər hərbi cinayətlərdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunması işinin ləng getməsinə görə təəssüfünü də ifadə edib. 

"Soyqırımı faktının etirafı və zorakılıq halların şəffaf şəkildə araşdırılması müxtəlif etnik qrupların nümayəndələrinin bundan sonra qorxu içində və yeni cinayətlərin törədiləcəyi əndişəsində yaşamaması üçün vacibdir”, - sənəddə deyilir.

Serbiya Bosniya müharibəsi bitəndən sonra beynəlxalq ədliyyə qurumlarının rəylərinə baxmayaraq, Srebrenitsa hadisələrini rəsmi şəkildə soyqırımı olduğunu etiraf etməkdən imtina edir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol