• $
  • €
  • ₽
  • ₺
  • £

Ankaranın planları açıqlandı: YENİ ORDU QURULUR

Ankaranın planları açıqlandı: YENİ ORDU QURULUR
23.05.2017 18:37
Türkiyə Azad Suriya Ordusunun (ASO) üzvlərindən ibarət 10 minlik ordu qurur.

Publika.az xəbər verir ki, bu haqda ASO-dakı mənbələrinə istinadən Rusiyanın "Sputnik” agentliyi yazıb.
Agentlik qeyd edir ki, qurulacaq ordu YPG terror təşkilatına qarşı əməliyyatda istifadə ediləcək. Türkiyə həmçinin Cerablusdan İdlibə qədər təhlükəsizlik bölgəsi qurmaq istəyir. Həmin ordu təhlükəsizlik bölgəsində də vəzifə yetinə yetirəcək.

Tezliklə YPG-yə qarşı quru və hava əməliyyatına başlamaq istəyən Türkiyə quru əməliyyatında ASO güclərindən aktiv şəkildə istifadə etməyi planlaşdırır. Tamamilə suriyalılardan təşkil olunacaq ordunun sayı gələcəkdə artırılacaq.

"Sputnik”ə danışan YPG rəhbərlərindən biri Reza Hiddo da Türkiyənin təşkilata qarşı ASO ordusu qurmaq istədiyini deyib:

"Bizə gələn məlumatlara görə, Türkiyə Afrində quru əməliyyatı həyata keçirmək üçün ASO güclərinə təlim keçir. Kobani və Qamışlıda ABŞ əsgərləri olduğu üçün Türkiyə bu bölgələrdə əməliyyat keçirə bilmir. Amma Afrində ABŞ əsgərləri yoxdur. Bundan başqa Türkiyə Azez, Mare, Cerablus-Hələb xəttinin qərbinə və İdlibə bütünlüklə nəzarət etmək istəyir. Türkiyə Qərbi Hələb və İdlib bölgəsini birləşdirməyə çalışır. Suriya hökuməti və Rusiyanın bu plana hansı reaksiya verəcəyini maraqla gözləyirik”.

Suriya Kürdləri Milli Şurasının (ENKS) nümayəndəsi Müslim Mıhemed isə Türkiyənin bir çox "Qalxan hərəkatı” planlaşdırdığını bildirib:

""Fərat Qalxanı” zamanı Fəratın qərbində - Azez, Cerablus və Əl-Bab bölgələrində döyüşlər aparılırdı. Türkiyə indi isə "Cəzirə Qalxanı” və "Dəclə Qalxanı” hazırlayır. "Dəclə Qalxanı” ilə Silopidən Şengala qədər olan bölgədə əməliyyatın keçirilməsi planlaşdırılır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol