• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorçular şəhəri ələ keçirdilər — Prezident fövqəladə vəziyyət elan etdi

Terrorçular şəhəri ələ keçirdilər — Prezident fövqəladə vəziyyət elan etdi
24.05.2017 11:15
Filippinin prezidenti Rodriqo Duterte ölkənin cənubundakı Mindanao vilayətində fövqəladə vəziyyət elan edib.

"Ölkə.Az" xəbər verir ki, bu qərara səbəb Maute terror qruplaşmasının silahlıları tərəfindən sözügedən vilayətin bir şəhərinin mühasirəyə alınmasıdır.

Dutertenin mətbuat katibi Ernesto Abella bu barədə xəbər verib. Xəbərə əsasən, Maravi şəhərində baş verən hadisələrə görə, Moskvada rəsmi səfərdə olan Filippin prezidenti konstitusiyanın ona verdiyi hüquqa dayanaraq vilayətdə 60 günlük fövqəladə vəziyyət elan edib.

Duterte baş verən hadisələrdən sonra Moskva səfərini yarımçıq qoyaraq Filippinə qayıdıb. Filippinin müdafiə naziri Delfin Lorenzana bildirib ki, toqquşmaya səbəb ordunun Maravi şəhərində terror qruplaşmasının liderinə etdiyi basqın olub. İnsident nəticəsində 2 hərbçi, 1 polis həlak olub. 12 nəfər isə yaralanıb.

Terrorçular şəhərdə bələdiyyə binası, xəstəxana və bir həbsxananı işğal ediblər. Eyni zamanda katolik kilsəsi və bir çox binanı da yandırıblar. Şəhərə elektrik enerjisi verilmir. Hər yerdə Maute qruplaşmasının snayperləri gəzişir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol