• $
  • €
  • ₽
  • ₺
  • £

Ordu komandanlığı dəhşətli silahla məhv ediləcəkdi

Ordu komandanlığı dəhşətli silahla məhv ediləcəkdi
03.06.2017 11:52
"Ən qorunmuş şəhər Vaşinqton deyil. Dünyada yalnız bir şəhər var ki, nüvə döyüş başlıqlı raketlərlə qorunur. Bu, Moskvadır”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ "The National Interest” nəşrində deyilir.

Məqalədə deyilir ki, Rusiya paytaxtı planetdə "nüvə çətiri” altında olan tək yaşayış məntəqəsidir.

Məsələ ondadır ki, raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında 1972-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında imzalanan müqavilədə istisna var idi. Müqavilə bütün raket əleyhinə sistemləri qadağan etmirdi. Tərəflərdən hər biri raket hücumundan bir sistemi qurmaq hüququna malik idi və bu sistem 100 vahidə qədər raketlə təchiz edilə bilərdi. Həm də belə sistemi istənilən yerdə yerləşdirmək mümkün idi.

ABŞ Şimali Dakota ştatında "Grand Forks” hərbi təyyarə bazasının ətrafında "Safeguard” sistemini yerləşdirmək barədə qərar qəbul etdi. Ancaq sistem qısa müddət işlədikdən sonra söküldü.

"Məlum oldu ki, bahalı sistemin köməyi ilə tək bir rayonu müdafiə etmək mənasızdır”, - Amerika nəşri yazıb.

SSRİ-də isə vəziyyət başqa idi. Atom bombası ilə Moskvanın dağıdılması ölkəni cavab zərbəsi vurmaq imkanından məhrum edə bilərdi, çünki komandanlıq paytaxtda idi. Nəticədə, A-35 sistemi - hava hücumuna qarşı müdafiə şəbəkəsi ortaya çıxdı. A-35 nüvə müharibəsi halında Moskvanın sağ qalmasını təmin etməli idi.

İlkin olaraq sistemdə 32 raket var idi. 1970-ci illərdə A-35 sistemini yenilənmiş A-135-lə əvəz etmək lazım oldu. Nüvə döyüş başlıqları ilə təchiz edilən raketlərin sayına daha 68-i əlavə edildi və onların sayı raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında 1972-ci il müqaviləsində nəzərdə tutulduğu kimi 100-ə çatdırıldı.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol