• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml: Rusiyada iyunun 12-də keçirilən aksiyada təxribat olub

Kreml: Rusiyada iyunun 12-də keçirilən aksiyada təxribat olub
13.06.2017 20:30
Dmitri Peskov: Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunun tələblərinə uyğun hər şeyi ediblər.

"Rusiya şəhərlərində iyunun 12-də baş tutan razılaşdırılmış aksiya və mitinqlər nizamlı, dinc şəkildə keçib, lakin təxribat halları da qeydə alınıb."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiyanın bir çox şəhərlərində müxtəlif aksiyalar keçirilib. Əvvəlcədən razılaşdırılmış yerdə və zamanda baş tutan aksiyalar dinc şəkildə, problemsiz olub. Amma bəzi şəhərlərdə, o cümlədən, bildiyiniz kimi, Moskvada təəssüf ki, təxribatlar qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə qanunun tələblərinə uyğun hər şeyi ediblər", - D.Peskov vurğulayıb.

Qeyd edək ki, bazar ertəsi Moskvada akademik Saxarov prospektində razılaşdırılmış mitinq keçirilib.

Təşkilatçıların 15 min nəfər üçün müraciət etməsinə baxmayaraq, mitinqdə 1800 nəfər iştirak edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada Tverskaya küçəsində razılaşdırılmamış küləvi aksiyada 4,5 min nəfər iştirak edib, 150 nəfər saxlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol