ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Bakay (Arizona ştatı) şəhəri yaxınlığında "Vans RV-7” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb. Onların adları açıqlanmır. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi (FFA) və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası (NTSB) araşdırma aparır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























