• $
  • €
  • ₽
  • ₺
  • £

Düşməni məhv edəcək genişmiqyaslı hücuma 2 gün qaldı

Düşməni məhv edəcək genişmiqyaslı hücuma 2 gün qaldı
03.07.2017 16:27
Türkiyə PYD/YPG-nin (PKK-nın Suriya qolu - red.) əlindəki Afrin kantonuna toplarla zərbələr endirməkdə davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin genişmiqyaslı hücum planını başlamasına sayılı günlərin qaldığını açıqlayıb.

Böyük hücuma hazırlıq

Strateji araşdırmalar üzrə mütəxəssis, təqaüddə olan general Naim Babüroğlu bildirib ki, PKK-nın Suriya qolu YPG 2012-ci ildə Afrini işğal edərək, kanton elan etdi: "2016-cı ildə isə Münbiçi də işğal etdilər. Afrinin özəlliyi budur ki, bura həm Kilis, həm də Hatay sərhədimizdə yerləşir. Amanos dağlarında hücumlar həyata keçirən PKK-nın ən çox dəstək aldığı yer də Afrindir. Dolayısı ilə Afrində YPG PKK-ya ciddi dəstək verir və bu da Türkiyə üçün böyük təhdiddir. Bildiyimiz kimi, Suriyanın şimalında PKK dəhlizi planı var. "Fərat qalxanı” əməliyyatı ilə bu dəhliz bölündü, lakin bu dəhlizin hədəfində Münbiç və Afrin də var idi. Bu bölgələrdə yerləşən ünsürlərə görə Türkiyə bu iki bölgəyə hücum edə bilmədi. İndi isə ABŞ-ın YPG ilə birlikdə keçirmək istədiyi Rakka əməliyyatı Türkiyə üçün fürsətdir. Hazırda növbə Fərat çayının qərbindəki dəhlizin şərq bölgəsini sıradan çıxarmaqdır”.

Rusiya niyə Afrindən çəkilir?

N.Babüroğlunun fikrincə, Rusiya YPG-nin ABŞ-a çox yaxınlaşdığını gördü.

"Bununla yanaşı, Rakkadan sonra ABŞ-YPG ittifaqının hədəfi Deyrezor ola bilər. Deyrezor Rusiya ilə birlikdə Suriya ordusunun ələ keçirmək istədiyi bölgədir. Bununla yanaşı, Rusiya ABŞ-ın "Suriya kimyəvi silahdan istifadə edərsə, vuracağıq” təhdidlərinə görə artıq Vaşinqtonun bölgədəki məqsədini tam şəkildə başa düşdü”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə böyük hücuma 4-5 iyul tarixində Astanada keçiriləcək Suriya danışıqlarından sonra başlaya bilər.

Qeyd edək ki, hazırda Türkiyə Suriya sərhədində çoxsaylı hərbi texnika və ordu toplayıb. Son məlumatlara görə, 7 min xüsusi təyinatlı qüvvə də bölgədidir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol