• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün FED-dən önəmli açıqlamalar gözlənilir

Bu gün FED-dən önəmli açıqlamalar gözlənilir
05.07.2017 16:40
Dolların məzənnəsində ciddi dəyişiklik ola bilər.

Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən ay keçirdiyi iclasın yekunlarına dair açıqlamaları gözlənilir. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, son iclasda FED balansını azaltmağa başlayacağı barədə məlumat yaysa da, prosesin nə zaman işə düşəcəyini bildirməyib.

Analitiklər bu gün axşam bu barədə məlumat veriləcəyini gözləyirlər. Xatırladaq ki, iyunun 13-14-də keçirilən iclasda FED uçot dərəcəsini 1-1,25%-ə yüksəldib.

Bununla yanaşı, FED-in iyulun 7-də monetar siyasət barədə planları, iyulun 12-də isə qurumun rəhbəri Canet Yellenin ABŞ Konqresində bu ilin ilk yarısının yekunları ilə bağlı açıqlamaları gözlənilir. İnvestorlar FED-in balansın azaldılmasına sentyabrda başlayacağını, uçot dərəcəsini isə dekabrda yüksəldəcəyini gözləyirlər. 

Hazırda fyuçers kontraktları bu ehtimalın yüksək olduğunu göstərir. Həmçinin, investorların diqqəti FED-in son aylarda düşməyə başlayan və 2% hədəfindən uzaqlaşan inflyasiya göstəricisi barədə fikirlərinə yönələcək. 

FED-in açıqlamalarının ABŞ dollarının cari məzənnəsinə ciddi təsir göstərəcəyi istisna edilmir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol