• $
  • €
  • ₽
  • ₺
  • £

Gözdən əlillər üçün mobil əlavə təqdim olunub

Gözdən əlillər üçün mobil əlavə təqdim olunub
29.05.2020 07:06
"Microsoft” korporasiyası gözdən əlillər və zəif görən insanlar üçün gündəlik həyatda yardımçı rolunu oynayacaq "Seeing AI” mobil proqramını təqdim edib.

anews.az ICTnews-a istinadən xəbər verir ki, işində kompüter təlimi alqoritmlərinin istifadə olunduğu əlavə insanları və onların emosiyalarını tanımağa, mətni oxumağa, pul əskinaslarını və sənədləri müəyyənləşdirməyə, məhsulların üzərindəki ştrix-kodlar haqqında informasiya öyrənməyə, fotoşəkilləri hiss etməyə imkan verir.

Məlumata görə, kamera üçün intellektual əlavə istifadəçiyə smartfonu qarşısında saxlayaraq ətrafdakı dünya haqqında informasiyanı dinləməyə şərait yaradır.

Vizual obrazların tanınması yenilik olmasa da, "Microsoft” texnologiyanı əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, gözü zəif görən istifadəçi kameranı sənədin üzərinə yönəldən zaman proqram ona kameraya bütün mətnin düşməsi üçün kadrın düzləndirilməsi ilə bağlı tövsiyələr verəcək.

"Seeing AI” prototipi ilk dəfə 2016-cı ilin martında "Build” konfransında nümayiş olunmasına baxmayaraq, proqramı iyulun 12-dən etibarən "App Store” mağazasından pulsuz yükləmək mümkündür.  

Hazırda əlavəni yükləmək imkanından ABŞ, Kanada, Hindistan, Honkonq, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yararlanır. Mütəxəssislərin sözlərinə görə, tezliklə, "Seeing AI” proqramını digər ölkələrdə də yükləmək mümkün olacaq.

"Microsoft” korporasiyası tərəfindən əlavənin "Android” əməliyyat sistemli qurğular üçün versiyasının buraxılacağı barədə məlumat verilmir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol