• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstanda zəlzələ nəticəsində azı 100 nəfər xəsarət aldı

Yunanıstanda zəlzələ nəticəsində azı 100 nəfər xəsarət aldı
21.07.2017 10:45
Egey dənizində güclü zəlzələnin baş verməsi nəticəsində Yunanıstanda azı 100 nəfər xəsarət alıb.

anews.az-ın APA-ya istinadla xəbərinə görə, bundan əvvəl, iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib. 

Xəsarət alanların əksəriyyəti Kos adasındadır. Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Yeraltı təkanlar nəticəsində bir neçə köhnə bina uçub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ordu qüvvələri cəlb edilib. 

Ada və qitə arasında bərə əlaqəsi dayandırılıb. 

Qeyd edək ki,  Egey dənizində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.     

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol