• $
  • €
  • ₽
  • ₺
  • £

Senator: Müharibə olacaq, bunu mənə Tramp dedi...

Senator: Müharibə olacaq, bunu mənə Tramp dedi...
02.08.2017 12:40
Amerikalı senator, respublikaçı Lindsi Qrem bəyan edib ki, prezident Donald Tramp Şimali Koreyanın raket və nüvə proqramının güc yolu ilə həllinə hazırdır.

anews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə siyasətçi NBC telekanalına müsahibəsində bildirib.

Senator Qremin sözlərinə görə, Tramp imkan verməyəcək ki, Pxenyan ABŞ-a çata bilən və nüvə başlığı daşıyan ballistik raketlə silahlansın. 

"Əgər Kim Çen Inı dayandırmaq üçün müharibə lazım gələcəksə, deməli, müharibə olacaq. Əgər minlərlə ölən olacaqsa, onlar orada öləcəklər, burada, Amerikada deyil. Tramp bunu mənim düz üzümə dedi”, - senator bildirib.

Şimali Koreya son aylar dalbadal ballistik raket sınaqları keçirir. Sonuncu belə raket sınaqları ötən həftə olub. Pxenyan bəyan edib ki, "Xvason-14” adlı raketin sınağı uğurla keçib və həmin raket ABŞ ərazisinə qədər məsafəni qət edə, böyük nüvə başlığı daşıya bilər.

Prezident Donald Tramp bundan əvvəl Şimali Koreya sahillərinə təyyarədaşıyanlar göndərib. Amerika prezidenti bildirib ki, o, ölkəsini və müttəfiqlərini qorumaq üçün bütün lazım olan addımları atmağa hazırdır. Analitiklərə görə, Şimali Koreyaya qarşı hərbi əməliyyatlar Rusiya ilə əlaqələrə görə güclü təzyiqlər altında olan Trampın işinə çox yaraya bilərdi.
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol