• $
  • €
  • ₽
  • ₺
  • £

ENOC ABŞ-ın sanksiyalarına baxmayaraq, İrana növbəti neft tədarükünü həyata keçirib

ENOC ABŞ-ın sanksiyalarına baxmayaraq, İrana növbəti neft tədarükünü həyata keçirib
18.08.2017 12:40
Rusiya bayrağı altında üzən "VF Tanker-20” gəmisi avqustun 16-da dördüncü dəfə "Dragon Oil" şirkətinin istehsalı olan 6,265 min ton Türkmənistan neftini İranın Neka limanında boşaldıb.

Xatırladaq ki, bu il iyulun sonlarında bu gəmi "Dragon Oil”a məxsus nefti qəbul etdikdən sonra Bakı limanında 1 həftə reyddə dayanmalı olub. Buna səbəb kimi gəminin göyərtəsində bəyan edilməmiş yükün olması amili göstərilir. Bundan sonra "VF Tanker-20” dərhal İran tərəfə istiqamət alıb və nefti İran Milli Neft Şirkətinin (NIOC) terminalında boşaldıb.

Qeyd eləmək lazımdır ki, NIOC və onun ticarət strukturu olan NICO, eləcə də, onların müxtəlif ölkələrdəki bölmələri ABŞ-ın sanksiyalar siyahısına daxildir.

anews.az xəbər verir ki, Report-un əməkdaşı "Dragon Oil"un marketinq direktoru Əhməd Əssədlə əlaqə qurmağa və vəziyyətə aydınlıq gətirməyə çalışıb. Amma Ə.Əssəd jurnalistin sualını dinlədikdən sonra dəstəyi asıb və bundan sonra zənglərə cavab verməyi lazım bilməyib.

Ə.Əssədin mətbuat suallarına cavab vermək istəməməsi onun ABŞ vətəndaşı olmasına baxmayaraq, Birləşmiş Ştatların sanksiyaları ola-ola gəmiləri İrana göndərən şirkətdə çalışması faktı ilə tam şəkildə izah oluna bilər.

Qeyd edək ki, "VF Tanker-20" gəmisi avqustun 7-də də Alaca limanında (Türkmənistan) Türkmənistan nefti ilə doldurulduqdan sonra Azərbaycana tərəf istiqamət alıb, amma Türkmənistan ərazi sularından çıxdıqdan az sonra gəmi cənuba doğru, İranın Neka limanına gedib.

Belə görünür, gəminin bu manevri "Dragon Oil” və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Neft Şirkətinin (ENOC) neft daşınması və gömrük rəsmiləşdirilməsi zamanı sənədlərdə yükün sonradan Avropaya tranzit məqsədi ilə boşaldılması yeri kimi Bakının göstərilməsi ilə bağlıdır. Belə ki, Türkmənistan hökuməti (Dövlət Gömrük Xidməti və digər strukturlar), çox güman ki, Türkmənistan neftinin İrana tədarükünə icazə vermir.

İstisna deyil ki, "Dragon Oil” Türkmənistanla İran arasındakı soyuq münasibətlər səbəbindən həmin icazəni, ümumiyyətlə, ala bilmir. Çünki Türkmənistandan İrana nəql olunmuş təbii qazın pulunun ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq var və İran beynəlxalq arbitrajda Türkmənistan əleyhinə iddia qaldırmaq niyyətindədir.

Bundan başqa, gəminin həmin hərəkətləri "Dragon Oil” və ENOC-un İrana neft tədarük etdiklərini gizlətmək, bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozan şirkətlərin siyahısına düşməkdən yayınmaq istəmələri ilə bağlı ola bilər.

"Dragon Oil” və ENOC-un nə vaxta qədər qəbul olunmuş ümumi norma və standartlardan yan keçəcəyi isə sual olaraq qalır.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol