• $
  • €
  • ₽
  • ₺
  • £

“Sən kimsən ki, mənə göstəriş verirsən?” - Ərdoğan

“Sən kimsən ki, mənə göstəriş verirsən?” - Ərdoğan
20.08.2017 10:33
"Sən kimsən Türkiyə prezidenti ilə danışırsan!? Həddini bil. Bizə dərs keçməyə çalışır. Sən nə vaxtdan siyasətdəsən? Neçə yaşın var? Bizim həyatımız siyasətdə mübarizələrlə keçib”,  bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya XİN rəhbəri Ziqmar Qabriellə bağlı çıxışında deyib.

Ərdoğan almaniyalı naziri onun haqqında dediyi sözlərə görə sərt tənqid edib.

"Almaniyanın bizə qapı açıb-açmamasının heç bir önəmi yoxdur. Bizə açılan qapılar yetərlidir. Qapılarını bizə açan ölkələrə məmnuniyyətlə gedirik və qapımız onlara açıqdır.

Biz onlara 4 min terrorçunun adı olan siyahı vermişik. Heç bir cavab gəlmədi, hələ üstəlik, onlar özlərini bir-iki nəfərin azad edilməsini xahiş etməkdə haqlı bilirlər. Qüsura baxmayın, amma sizdə olduğu kimi, bizim də hüquq və qanunumuz var. Hələ bu xarici işlər naziri! Öz yerini bilmir! Sən kimsən ki?!".

Xatırladaq ki, Ziqmar Qabriel Türkiyə prezidentinin Almaniyada yaşayan türklərə Bundestaqa seçkilərlə bağlı etdiyi çağırışı AFR-in suverenliyinə müdaxilə aktı kimi qiymətləndirmişdi.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol