• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan Rusiyada 18 nəfəri oldürmüş cinayətkarı əfv edir

Sarkisyan Rusiyada 18 nəfəri oldürmüş cinayətkarı əfv edir
20.08.2017 20:17
Ermənistan prezidenti amnistiya fərmanı ilə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasını törətmiş Qraç Arutunyanı əfv etmək niyyətindədir.
"Report” "İnterfax”a istinadən xəbər verir ki, bu barədə hazırda həbs cəzası çəkən Arutunyanın yaxınları bildiriblər.

Onların sözlərinə görə, Arutunyan ilin sonunda azadlığa çıxacaq.

"Komissiyada mənə bildirdilər ki, Arutunyan dekabrın sonunda əfv ediləcək”, – deyə müttəhimin qaynatası Viktor Martirosyan bildirib.

Bundan əvvəl isə Arutunyan əfv edilməsi üçün prezident Serj Sarkisyana müraciət edib. Xatırladaq ki, o, idarə etdiyi "KaMAZ” markalı avtomobillə 2013-cü ildə Rusiyada, Podolsk yaxınlığında ağır qəza törədib. Hadisə nəticəsində 18 nəfər ölüb, 60-dan çox insan müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Arutunyan bu cinayətinə görə 2014-cü ildə Rusiya Məhkəməsinin qərarı ilə 6 il 9 ay azadlıqdan məhrum edilib. O, 2017-ci il, iyulun sonlarında cəzasının qalan hissəsini çəkmək üçün Ermənistana ekstradisiya edilib. Avqustun 18-də Yerevan Məhkəməsi Arutunyanın işi ilə bağlı hökmü qüvvədə saxlayıb.

Lakin Ermənistan rəhbərliyi ağır cinayət törətmiş cinayətkarı ölkəyə ekstradisiya edildikdən sonra qısa müddətdə azadlığa buraxmaq niyyətindədir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol