• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspertlər ABŞ-Çin ticarət müharibəsində əsas zərərçəkən tərəfin adını açıqlayıb

Ekspertlər ABŞ-Çin ticarət müharibəsində əsas zərərçəkən tərəfin adını açıqlayıb
29.05.2020 06:19
ABŞ-ın ticarət kəsirinin 70%-i Çinin payına düşür.

Ekspertlər ABŞ-la Çin arasında başlayan ticarət müharibəsində daha çox Çinin zərər görəcəyini düşünürlər. "Report" "The Financial Times"a istinadən xəbər verir ki, ABŞ-ın "The Conference Board" analitik mərkəzi statistik göstəricilərin təhlili nəticəsində belə bir qənaətə gəlib. Mərkəzin araşdırmasına görə, Çinə mal ixrac edən ölkələr ticarət müharibəsindən nisbətən az zərər görəcək.

Çinin əsas ticarət tərəfdaşları olan ABŞ və Avropa İttifaqının (Aİ) bu ölkəyə ixrac etdiyi əlavə dəyərli məhsulların ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 0,7% və 1,6% təşkil edir. Çindən ABŞ-a olan əlavə dəyərli məhsulların ixracı isə ÜDM-in 3%-nə bərabərdir. "The Conference Board"ın baş iqtisadçısı Erik Lund (Erik Lundh) hesab edir ki, ticarət statistikası ABŞ-Çin ticarət qarşıdurmasında Amerika iqtisadiyyatı üçün önəmli təhlükənin olmadığını göstərir. Bununla yanaşı iqtisadçı bildirib ki, tam miqyaslı ticaərt müharibəsi hər iki ölkə üçün zərərli olacaq: "Ticarətin həcmində azalma ABŞ-da inflyasiyanın artmasına gətirib çıxaracaq ki, bu da istehlakçılara mənfi təsir göstərəcək".

Qeyd edək ki, ötən həftə istefa etməmişdən əvvəl ABŞ-ın baş strategiya mütəxəssisi Stiv Bennon (Steve Bannon) "American Prospect" jurnalına müsahibəsində bildirib ki, "biz Çinlə ticarət müharibəsindəyik. 

25-30 il sonra bizdən birimiz hegemon ölkə olacaq. Əgər indi tədbir görməsək, qalib onlar olacaq". 

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Çinlə ticarət kəsirinin həcmi 347 mlrd. dollar olub, bu da ümumi kəsirin (500,6 mlrd. dollar) 69,3%-ni təşkil edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol