• $
  • €
  • ₽
  • ₺
  • £

Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb

Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb
13.09.2017 13:00
Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı hoteldən naməlum istiqamətdə yola çıxıb.

anews.az Ölkə.Az-a istinadla məlumat verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı hotelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass" batalyonunun mikroavtobusu və digər nəqliyyat vasitələrinə əyləşərək, naməlum istiqamətdə hərəkət ediblər.

Saakaşvilinin bir neçə cangüdəni hoteldə qalaraq, jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və hoteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil hotel qapısından çölə çıxıb.

Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus hotelə qayıdıb.

Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər. Hotelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol