• $
  • €
  • ₽
  • ₺
  • £

Vikinqlərin dəfn geyimini bəzəyən “Allah” yazısı

Vikinqlərin dəfn geyimini bəzəyən “Allah” yazısı
13.10.2017 14:01
İsveçdə tədqiqatçılar Vikinq qayıq qəbirlərindəki dəfn geyimi üzərində həkk edilmiş ərəb hərfləri aşkarlayıblar. Bu, İslamın Skandinaviyaya təsiri haqqında yeni suallar ortaya çıxarır.

Anews.az BBC-yə istinadən xəbər verir ki, bu barədə jurnalist Tharik Hüseyn yazıb.

Tipik Vikinq dövrü kəfənləri 100 ildir ki, qorunur. Amma IX və X əsr qəbirlərindən tapılan geyimlər üzərində aparılan yeni tədqiqatlar Vikinq və müsəlman dünyaları arasında əlaqə olduğunu göstərir.

Yeni tədqiqatlar nəticəsində geyimlərin üzərində ipək və gümüş saplarla həkk edilən naxışların "Allah" və "Əli" sözlərini əmələ gətirdiyi məlum olub.

Yazıları Uppsala Universitetindən tekstil arxeoloqu Annika Larsson üzə çıxarıb. O, XIX əsrin sonu - XX əsrin əvvəllərində Birka və Gamla Uppsalada aşkar olunan qayıq və otaq məzarlardakı kişi və qadın dəfn geyimlərinin qalıqlarını tədqiq edərkən naxışlarla qarşılaşıb.

Unudulmuş parçaların Asiya, İran və Çindən gəldiyini müəyyənləşdirdikdən sonra bu, Larssonun diqqətini cəlb edib.

O qeyd edib ki, 1.5 santimetrdən böyük olmayan bu kiçik həndəsi işarələr Skandinaviyada gördüyü heç bir işarəyə bənzəmirdi.

"İspaniyada mavr parçalarını xatırlamayana qədər, onları heç nə ilə tutuşdura bilmirdim", - deyə Larsson bildirib.

Arxeoloqun sözlərinə əsasən,  qarşısındakıların Vikinq naxışları yox, ərəb-kufi yazılarının və iki sözün təkrarının olduğunu sonradan anlayıb. Onlardan birini iranlı həmkarının köməyi ilə oxuya bilib: "Əli - İslamın dördüncü xəlifəsi".

Amma "Əli" sözünün yanındakı sözü açmaq asan olmayıb. Bunun üçün Larsson hərfləri böyüdərək, hər bucaqdan yoxlayıb.

"Birdən aynalı yazı ilə həkk olunan "Allah'” sözünü gördüm", - deyə arxeoloq bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol