• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” kəşfiyyatçıları işə götürəcək

“Facebook” kəşfiyyatçıları işə götürəcək
17.10.2017 19:15
"Facebook” sosial şəbəkəsi məxfi informasiyalara çıxışı olan şəxsləri işə götürməyi planlaşdırır.

Anews.az Lent.az-a istinadən xəbər verir ki, kəşfiyyatçıları işə götürməkdə məqsəd başqa dövlətlərin ABŞ-da seçkilərin nəticələrinə və ölkə ictimai rəyinə təsir göstərməsinin qarşısını almaqdan ibarətdir.

"Facebook” idarəçiləri hesab edir ki, məxfi informasiyalara çıxışı olan şəxslər sosial şəbəkədə dağıdıcı fəaliyyəti operativ şəkildə üzə çıxara, eləcə də, ABŞ rəhbərliyindən potensial təhlükələr barədə informasiyalar ala bilər.

"Bloomberg”ə açıqlama verən mənbə bildirib ki, məxfi informasiyalar barədə məlumatlı şəxslər, adətən, milli təhlükəsizliyin müdafiəsi ilə məşğul olan dövlət idarələrinin, eləcə də, bu qurumlarla əməkdaşlıq edən özəl sektorun təmsilçiləri olurlar. Bu cür şəxsləri işə götürmək praktikası ABŞ-da mövcuddur. Son illər ərzində bu tip mütəxəssislərə tələbat artıb.

”Facebook”un rəsmi nümayəndəsi məsələ ilə bağlı şərh verməyib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyatı da şərh verməkdən imtina edib.

Xatırladaq ki, "Facebook” ABŞ-dakı 2016-cı il prezident seçkilərindən əvvəl Rusiya ilə əlaqəli səhifələrin siyasi reklamlar vasitəsilə seçkilərin nəticələrinə və ölkə ictimai rəyinə təsir göstərməyə çalışdığını açıqlayıb. Sosial şəbəkə 3 minə yaxın bu cür reklam-elanı silib və müvafiq məlumatları Konqresə təqdim edib. "Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq siyasi xarakterli reklam-elanların yerləşdirilməsi prinsiplərinə yenidən baxacaqlarını bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol