• $
  • €
  • ₽
  • ₺
  • £

Kaxa Kaladze Tbilisinin meri seçildi

Kaxa Kaladze Tbilisinin meri seçildi
22.10.2017 15:53
Gürcüstan futbol yığmasının sabiq kapitanı Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.
APA xəbər verir ki, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən məlumatda əksini tapıb.
 
 Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra K. Kaladze 51,06 faiz səs toplayıb. Hakim "Gürcü Arzusu” Partiyasının namizədinə 203 mindən çox Tbilisi sakini səs verib. İkinci yerdə 17,46 faizlə müstəqil namizəd Aleko Elisaşvili, üçüncü yerdə 16,53 faiz səslə Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili qərarlaşıb.
 
Gürcüstanda şəhər merləri və bələdiyyələrdə seçkilərdə qələbə üçün namizədlərə 50 faizdən çox səs yığmaq tələb olunur.
 
Qeyd edək ki, K. Kaladze keçmiş futbolçudur, Tbilisi və Kiyevin "Dinamo”, İtaliyanın Milan və Cenoa  komandalarında müdafiəçi mövqeyində oynayıb. K.Kaladze ölkənin ən yaxşı futbolçularından biri sayılır, iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan K. Kaladze 2012-ci ildə enerji naziri təyin olunmuşdu.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol