“Makdonalds” adını dəyişdi

ABŞ-ın məşhur fastfud restoranlar şəbəkəsi "Makdonalds” Çində adını dəyişib.
Trend-in məlumatına görə, "Makdonalds” bu ölkədə "Jingongmen” (Qızıl tağlar) adlanacaq.
Bu vaxta qədər isə restoran Çində "Maydanlao” adlanırdı. Qeyd olunur ki, bu ad "Makdonalds” sözünün Çin dilində transkripsiyası idi və həmin dildə heç bir məna ifadə etmirdi.
Qeyd edək ki, "Makdonalds” Çində 1990-cı illərin əvvəlindən fəaliyyətə başlayıb. Hazırda ölkədə bu şəbəkədən 2,5 minə yaxın restoran mövcuddur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























