• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır

Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır
31.10.2017 22:41
Noyabrın 6-dan 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start veriləcək. Satışa başlandıqdan sonra ilk iki ay ərzində biletlər endirimli qiymətlərlə təklif olunacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yeni mövsümdə yerli tamaşaçılar üçün xüsusi endirimlərin olacağını bildirib: "Hər ötən il bir əvvəlki ilə müqayisədə daha çox yerli azarkeşin bilet alaraq yarışın bütün sessiyalarında və həmçinin yarışdan kənarda onlar üçün hazırladığımız əyləncə proqramlarında, xüsusən də dünya ulduzlarının iştirakı ilə baş tutan möhtəşəm konsertlərdə böyük coşğu ilə iştirak etməsi bizi çox sevindirir.

Biz bu il yarışa daha çox yerli tamaşaçı cəlb etmək üçün müxtəlif endirimlər təklif edəcəyik. Bununla bağlı ilk satış kampaniyamız noyabrın 6-da başlayacaq və həmin gün biz ölkə ictimaiyyətinə yarış həvəskarları üçün təklif olunan xüsusi endirimlərin detallarını açıqlayacağıq. İnanırıq ki, builki yarışda rekord göstəricidə tamaşaçı iştirakına nail olacağıq.”

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisini izləmək istəyən tamaşaçılara trekin müxtəlif yerlərindən yarışı izləməyə imkan verən və ümumi tutumu 30 min yerlik olan tribuna və ayaqüstü zonalar təklif olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol