• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan müharibə elanı - İki regional güc ÜZ-ÜZƏ

İrandan müharibə elanı - İki regional güc ÜZ-ÜZƏ
06.11.2017 10:52
Səudiyyə Ərəbistanı Yəməndən edilən ballistik raket hücumlarında İranı ittiham edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən raket hücumunu İranın "müharibə elanı” kimi qiymətləndiriləcəyini açıqlayıb.

Bəyanatda bildirilir ki, Yəməndə fəaliyyət göstərən husilərin İranın dəstəyi olmadan belə bir hücum həyata keçirməsi qeyri-mümkündür.

"İranın rolu və husilərə birbaşa əmri qonşu ölkələri hədəf alan açıq bir təcavüzkarlıq hərəkətidir. Bu, regional və qlobal səviyyədə sülh və təhlükəsizliyi təhdid edir. Səudiyyə Ərəbistanı İranın bu mövqeyini müharibə elanı kimi qiymətləndirəcək”, - bəyanatda deyilir.

Xatırladaq ki, ballistik raket hücumu noyabrın 5-də həyata keçirilib. Məlumata görə, Səudiyyə Ərəbistanının havadan müdafiə üzrə anti-raket sistemi Ər-Riyad şəhərinin şimal-şərqində ballistik raketi zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan və dağıntı qeydə alınmayıb.

Səudiyyə Ərəbistanı hakimiyyətindən verilən məlumata görə, Yəməndə terror aktlarının törədilməsində iştirakda şübhəli bilinən 40 husi döyüşçüsü və səlahiyyətlinin yeri haqqında informasiya verən şəxslərə 5 milyondan 30 milyon dollara qədər mükafat veriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol