• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Zərrabla bağlı müəmmalı xəbər: 5 gündür yoxa çıxıb

Rza Zərrabla bağlı müəmmalı xəbər: 5 gündür yoxa çıxıb
15.11.2017 11:19
ABŞ-da həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərdabın həbsxanada yoxa çıxması ilə bağlı xəbərlər yayılıb.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 27 noyabr tarixində məhkəməsi planlaşdırılan Zərrabın 5 gündür harada olduğu bilinmir.

ABŞ Ədliyyə Nazirliyinin nəzdində olan Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsində qeyd olunub ki, Rza Zərrab "09135-104" seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci il tarixində azad olunub. Daha sonra bu məlumatın yalan olduğu açıqlanıb. 

Rza Zərrabın vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında iş adamından xəbər ala bilmədiyini deyib.

"Onun azad edildiyi xəbəri doğru deyil. Beş gündür ki, bizə heç bir məlumat verilmir. Rza Zərrabdan xəbərimiz yoxdur”-deyə xanım vəkil qeyd edib. 

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Qeyd edək ki, Rza Zərrab türkiyəli məşhur müğənni Ebru Gündeşin həyat yoldaşıdır. Cütlüyün Alara adlı bir qızı var. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol