• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədəki Azərbaycan izini kimlər və niyə itirir?

Türkiyədəki Azərbaycan izini kimlər və niyə itirir?
22.12.2017 19:15
Bir vaxtlar tanınmış iş adamı, həmyerlimiz Mübariz Mənsimova məxsus olan və bir neçə il öncə başqa azərbaycanlılara satılan Türkiyədəki müxtəlif obyektlərin Azərbaycanı simvolizə edən adları dəyişdirilib.

Məlumata görə, bir neçə il bundan əvvəl Türkiyədə böyük səs-küylə açılışı olan "Baku Plaza” otelinin adı dəyişdirilib. Açılış mərasiminə Türkiyənin tanınmış isimlərinin qatıldığı otelin adının "Baku” qoyulması üçün Mənsimovun xeyli əngəli aşdığı, ancaq İstanbulun ən mərkəzi yerində olan bu brendin o binanı satın alan azərbaycanlılar tərəfindən qısa zamanda ortadan qaldırılması mövzudan xəbərdar olan hər kəsi təəccübləndirdi.

Türkiyənin İstanbul şəhərinin ən mərkəzi rayonlarından birində – Ləvənddə, dəyəri 150 milyon dollar olan 7 ulduzlu "Baku Plaza” otelinin açılışı həm Türkiyə, həm də Azərbaycan mediasında geniş işıqlandırılmışdı.

Yayılan məlumatlara görə, sonradan adıçəkilən otel anonim bir şirkət tərəfindən alınıb və bundan sonra "Baku Plaza” "Hyat Centric”ə çevrilib. Yeni rəhbərliyin "Bakı” adına niyə düşmən kəsildiyi isə hələlik məlum deyil. Ən acınacaqlısı isə Mübariz Mənsimovun şəxsi təşəbbüsü ilə gətirilən və otelin divarlarını bəzəyən Azərbaycanın qədim guşələrini özündə əks etdirən rəsm əsərlərinin yığışdırılmasıdır. Məlumata görə, otelin yeni sahibləri bu göstərişi alqı-satqı baş tutduqdan dərhal sonra veriblər.

Hələ bir müddət öncə Mənsimovun "instagram” hesabından sərt təpkisi ilə xəbər tutduq ki, Bodrum Palmarinada olan Bakının emblemi yeni sahiblər tərəfindən sökülüb. Yalnız "Palmali” şefinin sərt etirazı nəticəsində edilən səhv "düzəldildi”.

Bundan başqa vətənpərvər iş adamının ölkəmizin təbliği naminə gəmilərə həkk etdirdiyi Azərbaycanın görkəmli simalarının adlarının da pozulması barədə məlumatlar yayılıb. Məsələ ilə bağlı gununsesi.info saytının apardığı araşdırma zamanı bəlli olub ki, "Palmali Group”dan anonim şirkət tərəfindən alınan gəmilərin də adını dəyişib. Adı dəyişdirilən gəmilərdən biri də xalq şairi Qabilin adına olan tankerdir. Adı dəyişdirilən yük tankerləri arasında Bəxtiyar Vahabzadənin adını daşıyan gəminin də olduğu bildirilir.

Bu istiqamətdə araşdırmalar davam edir. Doğrudur, sayt bunu edənin Azərbaycanın müvafiq dövlət şirkəti olduğunu iddia edir. Ancaq inanmaq olmur ki, Azərbaycan dövlətinə bağlı şirkət min bir əzabla Türkiyədə salınmış izləri bir silgi ilə silib, atır.

Buradan belə təsəvvür yaranır ki, Mənsimovdan otel və gəmiləri alanlar fərasət sahibi olmadıqlarından həmin obyektləri ermənilərə icarəyə veriblər. Onlar da bizim bütün izlərimizi Türkiyədən silmək istəyirlər. Belə ki, Azərbaycana qarşı belə düşmənçiliyi yalnız ermənilər edə bilərlər. "Bakı”, "Qabil”, "Bəxtiyar Vahabzadə” adları əslən azərbaycanlı olan və erməni kilsəsinə getməyən birisi üçün niyə arzuolunmaz hesab olunsun ki?!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol