• $
  • €
  • ₽
  • ₺
  • £

Bu, erməni xalqının faciəsidir - Ohanyan

Bu, erməni xalqının faciəsidir - Ohanyan
31.12.2017 17:18
Erməni cəmiyyəti birdəfəlik "hakimlərə” və "qurbanlara” parçalanır.

Virtualaz.org-un xəbərinə görə, bunu özünün Yeni il müraciətində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. O, ölkəsində baş verənləri "erməni xalqının ümumi faciəsi” adlandırıb.

"Bu gün bir sıra səs-küylü məhkəmə işlərini izləyərkən döyüş yoldaşlarımızın çarəsizlik içərisində necə yumruqlarını yellədiyini görüb ürək ağrısı və kədər hissləri keçirirəm” - Ohanyan İrəvanda bir sıra keçmiş səhra komandirlərinin, o cümlədən 2016-cı ilin iyulunda İrəvanda qiyam qaldırmış Qarabağ veteranlarından ibarət qrupun məhkəmə proseslərini nəzərdə tutaraq bildirib.

Ohanyan qeyd edib ki, indi məhkəməsi gedənlər vaxtilə Qarabağın alınması işində böyük xidmətlər göstəriblər və bütün bu baş verənlər erməni xalqının ümumi faciəsidir.

Xatırladaq ki, Seyran Ohanyan 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun sarsıdıcı zərbə almasından sonra İrəvanda başlayan siyasi təlatümlərin gedişində istefa verib. Daha sonra müxalifətə keçib və öz siyasi blokunu quraraq parlament seçkilərinə qatılıb, lakin uğur qazana bilməyib və kölgəyə çəkilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol