• $
  • €
  • ₽
  • ₺
  • £

İran niyə məhz indi cəzalandırılır?

İran niyə məhz indi cəzalandırılır?
29.05.2020 11:13
İrandakı son proseslər ümumiyyətlə ərəb dünyasında baş verənlərin məntiqi sonluğu kimi dəyərləndirilməlidir.

Bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, son zamanlar ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin xarici siyasətində İranın məxsusi yeri var idi:

"Bu dövlətlər nəyin bahasına-olsun, müəyyən vasitələrlə İranda rejimin dəyişməsini daima gündəmdə saxlayırdılar. İranın Qüds məsələsində ABŞ və İsrailə qarşı birmənalı mövqeyi, Trampın vədlərinə rəğmən nüvə məsələsini qabartması, Ər-Riyadla yaşanan problemlər göstərirdi ki, bütün bunlar nəticə etibarilə ölkədə rejim dəyişikliyini gündəmə gətirəcək. Üstəlik, İrana qarşı müəyyən sanksiyaların tətbiq olunmasına baxmayaraq, super-güclər Tehrana öz iqtisadi problemlərinin həlli üçün müəyyən imkanlar yaratmışdılar. Lakin İran bununla kifayətlənməyərək, Yaxın Şərqdə cərəyan edən bütün proseslərə müdaxilə etdi. Bu, özünü Suriya və Səudiyyəyə atılan raketlər məsələsində də göstərdi. Artıq İran müəyyən bir əməliyyat şəraitinə nəzarət etmək iddiasındadır. BMT səviyyəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, İran hakimiyyəti həm məzhəb, həm də beynəlxalq qanunun əleyinə gedərək super-güclərin marağında olan problemlərə toxunmağa başladı. Bu fonda İrandakı etirazların arxasında xarici təsirlərin rolunu istisna etmək olmaz. Bəlkə də bunlar qanunla idarə olunan islami dövlətin yaradılması məqsədilə atılan addımlardı. Bu gun Ruhani yadda qalan prezident olsa da, ölkə dini qanunlarla idarə olunur. Etirazlara səbəb iqtisadi problemlər deyil, əsas məsələ rejimin dəyişdirilməsidir. Qərb və ABŞ hazırda İranda baş verənləri diqqətlə izləyir, çünki bu, birbaşa böyük güclərin marağındadır”.

Politoloq hesab edir ki, İrandakı hadisələr sərhəd ölkələr üçün sakit ötüşməyəcək:

"Bu, hətta demoqrafik proseslərin pozulması ilə də nəticələnə bilər. İran hakimiyyəti ölkədəki etirazların daha da böyüməməsi üçün islahatlara getməlidir. Çünki İran hazırda böyük güclərin maraqlarının toqquşduğu bir nöqtədədir. Bu proses kuliminasiya nöqtəsinə çatarsa, ölkədə vəziyyət daha da çıxılmaz hal alacaq”.

Qeyd edək ki, dekabrın 28-dən İranın iri şəhərlərində etiraz aksiyaları keçirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol