• $
  • €
  • ₽
  • ₺
  • £

Aksiyalar İran hakimiyyətini ikiyə böldü

Aksiyalar İran hakimiyyətini ikiyə böldü
03.01.2018 16:01
Bu hadisələrin İranda çevrilişə səbəb olacağını demək doğru olmazdı. Çünki etirazlarn sosial bazasına fikir versək, görərik ki, xalq demokratiya, azadlıqlar, yaxud diktator rejimə qarşı ayağa qalxmayıb, etirazların bazasında demokratik azadlıqlar durmayıb. İran dərin dövlətçilik ənənələri olan bir ölkədir və bu etirazların da qarşısını ustalıqla alacaq.

Bu sözləri Axar.az-a analitik Fərrux Həsənov İranda baş verən hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, 2017-ci il dekabr ayının sonlarından İranda başlayan etiraz aksiyalarının səbəbi daxildə qaçılması labüd olan siyasi endogen proseslərdən deyil, sadəcə sosial-iqtisadi problemlərdən qaynaqlanır:
"Lakin daha sonra etirazlarda səsləndirilən şüarların məcrası bir qədər dəyişdi və siyasiləşməyə başladı. Bu faktoru kənar amillə əlaqələndirirlər. Məsələn, sosial şəbəkələr üzərindən, xüsusən Tvitterdən ABŞ, Britaniya və Səudiyyə Ərəbistanı rəsmilərinin İranı daxildən qarışdırması cəhdi İran hakimiyyət nümayəndələri, eləcə də dini lider tərəfindən səsləndirildi. Lakin İran Prezidenti Həsən Ruhani əvvəldən kənar müdaxilələrin olmadığını bildirmişdi. Bu məqam da İran dövləti daxilində etirazlara yanaşmada fikir ayrılığının yarandığını göstərən başqa bir amildir".

Analitik qeyd edib ki, əgər həqiqətən də İrandakı iğtişaşlarda kənar müdaxilə, xüsusən ABŞ-ın əli varsa, o zaman İranın bölgədəki təhlükəsizlik, illərlə qazanmış olduğu kəşfiyyat güc və imkanları sual atına düşür:

"Yəni belə bir təhdid var idisə, niyə əvvəlcədən İran kimi Yaxın Şərqdə geosiyasi proseslərdə rol oynayan bir ölkənin kəşfiyyat xidmətləri bu riski əvvəlcədən görməyiblər? Bu məsələ də müəyyən şübhələrə yol açır”.

Analitik vurğulayıb ki, İranda çevriliş olacağını düşünmür:

"Hər halda, İran xalqı Yaxın Şərqdəki çevriliş dalğasının doğurduğu acı nəticələri gözəl bilir və görür. Bu mənada çevrilişin olması İrandan kənarda olan aktivistlərin təsiri ilə formalaşdırılmış siyasi ekzaltasiyadan başqa bir şey deyil. Belə deyək, xalq sadəcə istəklərinə çatdıqdan sonra sakitləşəcək. Bu hadisələrin nəticəsi böyük ehtimalla hər zaman İranda etirazların başlayıb sonlandığı kimi olacaq. Demək olar ki, etirazlar sakit ab-havaya keçib, yumşalma var. Tədricən sabitlik bərpa olunacaq. İstisna deyil ki, İran etirazçıların tələb etdiyi iqtisadi-sosial islahatlara gedəcək”.

Analitikin sözlərinə görə, onsuz da İranla qonşusu Səudiyyə Ərəbistanının arasında "mülayim islam” yarışması başlayıb:

"Ümumilikdə dövlət səviyyəsində İranda tədricən yumşalmaya doğru addımlar atılacaq, əslində bu iğtişaşlar İranı bu addımlara bir qədər də təhrik edəcək. Bundan savayı, ola bilsin ki, İran daxilində artıq ABŞ, İsrail və Səudiyyə Ərəbistanın düşmən obrazı mühafizəkarların cəbhəsində bir qədər də irəli çıxacaq, çünki mühafizəkarlar siyasi ideologiyanın təbliği kimi bu düşmən obrazlar və kənar müdaxilə faktorundan yaxşı istifadə edir”.
Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol