• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Quli ilə Əziz Batukayev üz-üzə

Lotu Quli ilə Əziz Batukayev üz-üzə
29.05.2020 08:37
Xüsusi xidmət orqanları yeni il ərəfəsində Moskvada azərbaycanlı avtoritet Nadir Səlifov və çeçen avtoritet Əziz Batukayev arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar. 

Anews.az a24.az-a istinadən xəbər verir ki, qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb.

Dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə edilən gəliri yönləndirməyə çalışıb.

Onlar bazarlarda Qulinin adamlarının möhkəmləndiyinə məhəl qoymayıblar. Baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Tərəflərin danışıq tonuna görə, barışıq real görünmür.

Məlumatlara görə Ded Xasanın ölümündən sonra kriminal aləmdə birinciliyə namizdə Əziz kimi görünür. O, xüsusilə bunun üçün Qırğızıstandan göndərilib.  Qırğızıstanda 16 il həbs cəzası alan Əziz 2013-cü ilin aprel ayında azadlığa buraxılıb.

Əziz azadlığa buraxılan kimi xüsusi reyslə Qroznıya yola salınıb. Quli ilə münaqişə nəticəsində isə Əzizin oğru titulu şöbhə altına düşüb. Onu təsdiq etmək çətin olacaq. Rusiyaya gəlişindən sonra Əzizin oğru titulu Zaxar Kalaşov  tərəfindən təsdiq edilməliydi. Lakin onlar görüşməyiblər.

Qeyd edək ki, Kalaşov Aslan Usayanın ölümündən sonra rus mafiyasının əsas lideri hesab edilirdi. İddialara görə, kalaşov hətta Ded Xasanın əsas əleyhidarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb. Rusiya xüsusi xidmət orqanları Qulinin timsalında çüçünlərlə güc dili ilə danışmağı bacaran yeni personajın meydana çıxmasını təsdiq edirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol