• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan İrana görə Rusiyaya hədə: “Bunun əvəzini ağır ödəyəcəklər...”

ABŞ-dan İrana görə Rusiyaya hədə: “Bunun əvəzini ağır ödəyəcəklər...”
07.01.2018 15:21
Rusiya İran hakimiyyətinə dəstəkdən nəhayət imtina etməlidir, əks halda bunun əvvəzini çox ağır ödəməli olacaq. Virtualaz.org xəbər verir ki, belə bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, general Herbert Makmaster çıxış edib. "Newsweek”ə açıqlamasında general bildirib ki, Kreml özünün xarici siyasətində ölkəsinin maraqlarından deyil, ABŞ-ı və müttəfiqlərini qıcıqlandırmaq istəyindən çıxış edir. General Makmasterin bəyanatını "Russia Today” telekanalı efirə verib.

"Rusiya İranı və onun Yaxın Şərqə baxışlarını dəstəkləməkdə davam etsə bunun əvəzini ağır ödəməli olacaq”-general iki gün əvvəl BMT Təhlükəsizlik Şurasında İrandakı etiraz nümayişləri ilə bağlı dinləmələrdən sonra bildirib. Həmin dinləmələrdə Rusiya İran hakimiyyətini müdafiə edib və ABŞ-ı bu ölkəni qarışdırmaq səylərində günahlandırıb.

Makmasterin sözlərinə görə, əslində İran və Şimali Koreyanın nüvə proqramı məsələsində Moskva və Vaşinqtonun maraqları üst-üstə düşür. Lakin son vaxtlar Rusiya tərəfi özünü elə aparır ki, sanki ABŞ-ı və onun avropalı müttəfiqlərini özündən çıxarmağa çalışır. "İranın Yaxın Şərqdə güclənməsi Rusiyanın maraqlarına necə cavab verə bilər? Onlar buna görə böyük qiymət ödəməli olacaqlar”, - general əlavə edib.

Makmaster bildirib ki, hər ölkə, xüsusən hər ərəb ölkəsi Rusiyanın nə işlə məşğul olduğunu başa düşməlidir. Və Rusiya İranı və onun destruktiv fəaliyyətini dəstəklədiyi üçün öz imicinə necə zərər vurduğunu başa düməlidir. Generalın sözlərinə görə, Moskvanın hərəkətləri onun beynəlxalq arenadakı imicini korlayıb. Bura Amerika seçkilərinə müdaxilə və Ukrayna məsələsi də daxildir.

"Biz Rusiyanın destablizəedici siyasətinə qarşı çıxmalıyıq. Rusiya hakimiyyətinin əsl niyyətini gizlədən pərdəni götürməliyik. Hər kəs onların əsl niyyətini görən kimi ruslar şübhə toxumu səpmək, cəmiyyətləri bir-birinə qarşı qoymaq imkanlarını xeyli itirəcəklər”, - ABŞ prezidentinin müşaviri bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol