• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İranda rəngli inqilab hazırlayır – Duqin

ABŞ İranda rəngli inqilab hazırlayır – Duqin
11.01.2018 14:28
ABŞ İran aksiyalarından rəngli inqilab düzəltmək istəyir.

Axar.az xəbər verir ki, bunu "Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı filosof və ideoloq Aleksandr Duqin söyləyib.

"İran məsələsində iki amilə diqqət yetirməliyik. Birinci amil odur ki, İran daxilində təbii ixtilaflar mövcuddur. Ölkədə Əhmədinejada yaxın olan və sosial ədalət istəyən bir kütlə var. Bu kəsim İran prezidenti və siyasi elitanın qərbyönlü və liberal mövqeyindən məmnun deyil. Digər tərəfdən isə Xomeyninin inqilabçı fikirlərinin təcridi mövcuddur. Yəni İran tam olaraq inqilabçı ruha sahib deyil. İnqilabın ilk mərhələsində olan duyğusal və mənəvi coşqu zəifləyir. İnqilabçı sistemin bürokratikləşməsi və yadlaşması prosesindan xalq məmnun deyil. İnqilabın ruhunu qloballaşma və liberalizmə qarşı mübarizədə canlı tutmalısınız. Əgər xalqa səbəbini çatdıra bilməsəniz, onlar da təbii olaraq bunu anlamayacaqlar. Ancaq eyni zamanda Qərb və ABŞ-ın ciddi manipulyasiyası mövcuddur. Məhz onlar İranda sosial ədalət tərəfdarı olan aksiyalara süni gündəm əlavə etməyə çalışırlar. ABŞ İran aksiyalarında rəngli inqilab düzəltmək istəyir” – deyə o bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol