• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiyada güclü qar həyatı iflic etdi

Yaponiyada güclü qar həyatı iflic etdi
12.01.2018 19:48
Yaponiyanın şimal-qərbinə və şimalına misli-görülməmiş güclü qar yağıb.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti” Yaponiya mətbuatına istinadən məlumat yayıb.

Ən qalın qar təbəqəsi Niiqata, Fukui, İsikava, Toyama prefekturalarına düşüb. 

"Həmin ərazilərdə qarın qalınlığı 78 santimetrə çatır ki, bu da normadan 10 dəfə çoxdur”, - deyə ölkənin Baş Meteorologiya İdarəsi bildirib.

Bir çox  yaşayış məntəqələrində əlverişsiz hava şəraiti ilə bağlı məktəblər bağlanıb. İsikava və Toyama prefekturalarında qar yığınına görə 100-ə yaxın avtomobil əsas dağlıq yolla qalxa bilmir.

Sinoptiklər qarın həftəsonu da yağmağa davam edəcəyini proqnozlaşdırır. Yaponiyanın qərb sahillərində qar çovğununun gözlənildiyi bildirilir.  

Ötən gün Niiqata-Naqaoku istiqamətində hərəkət edən sərnişin qatarı güclü qarla əlaqədar hərəkətsiz vəziyyətdə qalıb və yüzlərlə sərnişin gecəni vaqonlarda keçirməli olub.Dəmiryolu xidmətinin əməkdaşları səhər saatlarında qatarda olan sərnişinlərə su və ərzaq gətirib.  

Qeyd edək ki, Sandze şəhərində yolda qalmış qatarda 600 sərnişin və heyət üzvü olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol